12 İyun 2015 17:01
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Agerpres milli xəbər agentliyi “Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar agentliyin internet səhifəsində xüsusi rubrika açıb. Rubrikada ilk Avropa Oyunları barədə ətraflı məlumatlar, sənədli filmlər, agentliyin Azərbaycana göndərilmiş xüsusi müxbirinin operativ xəbərləri yer alır. Burada, həmçinin Azərbaycan, Avropa Oyunları barədə videoçarxlar yerləşdirilib.

“Bakı-2015” ilk Avropa Oyunlarına dair məlumatlar Agerpres agentliyi ilə yanaşı, Rumıniyanın Digisport telekanalı, idmanla bağlı digər KİV-ləri tərəfindən diqqətlə izlənilir, mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

Xüsusi rubrikanın linki: http://www.agerpres.ro/baku-2015.


Müəllif: