12 İyun 2015 22:08
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pop musiqisinin superstarı Lady Gaga Bakı Olimpiya Stadionunda klassik “Imagine” mahnısının bir versiyasını ifa edəcək.

Trend-in məlumatına görə, Lady Gaga ilk Avropa Oyunlarının açılış mərasimində idmançılar üçün mahnı ifa edəcək.

Piano arxasında əyləşərək, Lady Gaga “Imagine” ("Xəyal et") mahnısını ifa edəcək. Sözləri Con Lennonun (John Lennon) klassik pop mahnısına aid olan bu musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir.

Bu mahnı 50 ölkədən 6000-ə yaxın atleti idman vasitəsilə yeni beynəlxalq həmrəylik məşəli altında toplayan 1-ci Avropa Oyunlarının ruhuna uyğundur.

Lady Qaqa bildirib: “Bakıda Avropa Oyunlarının açılış mərasimində iştirak etmək, bu gözəl şəhərdə Avropa Oyunlarında mübarizə aparacaq idmançıları salamlamaq mənim üçün böyük bir şərəfdir”.

Qeyd edək ki, Lady Gaga reytinq cədvəllərinə liderlik edən “Just Dance” ("Rəqs et") və “Poker Face” (“İfadəsiz üz”) hitləri ilə beynəlxalq şöhrət qazandı və 28 milyon albom və 140 milyon sinql satışı ilə uğurlarını davam etdirdi.

O, üç “Grammy” (“Qremmi”) mükafatı, 13 MTV Video musiqi mükafatı, 13 Ginnesin Dünya Rekordu və Mahnı Bəstəkarlarının Məşhurluq Zalı tərəfindən verilən ilk Müasir İkona Mükafatını qazanıb.

Bakı-2015-in mərasim təşkilatı üzrə direktoru Katerina Uqvu bildirib: “Biz çox şadıq ki, Lady Gaga ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Con Lennondan ifa edəcəyi “Imagine” adlı mahnı Avropadan gələcək 50 dövlətin idmançıları üçün sülh və birliyin himni olacaq”.


Müəllif: