13 İyun 2015 19:44
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında ikinci qızıl medalı qazanıblar.

Teleqraf.com xəbər verir ki, kişilər arasında kumite yarışlarında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda italiyalı Luici Busanı 1:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

18:40

Kişilər arasında Kumite üzrə 67 kq çəki dərəcəsində final görüşü keçirilib.

Türkiyə təmsilçisi Burak Uyğur Fransa idmançısı Stiven Da Kosta ilə qarşılaşıb. Türkiyə idmançısı qalib gələrək turnirin baş mükafatını qazanıb.

Kişilər arasında Kumite -60 kq çəki dərəcəsində final qarşılaşması keçirilib.

18:20


Tatami üzərinə çıxan həmyerlimiz Firdovsi Fərzəliyev İtaliya idmançısı Luka Mareska ilə qarşılaşıb. Döyüşdə üstünlüyü əldən verməyən Fərzəliyev 4:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının ilk azərbaycanlı qalibi olub.

17:39


Nəhayət günün sonuna gəlib çatdıq. Az sonra Birinci Avropa Oyunlarının Karate üzrə ilk qızıl medal sahibləri bəlli olacaq.


55 kq çəkidə göy kəmərdə Xorvatiya təmsilçisi Yelena Kovaceviç və qırmızı kəmərdə Fransa təmsilçisi, 2015-ci il Avropa Çempionu olmuş Emili Toy qızıl medal uğrunda mübarizəyə başlayıb.


17:30


Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer qarşılaşıb.

Gərgin keçən döyüşdə həmyerlimiz 5:2 hesabıyla qələbə qazanaraq ilk medalımızı qazandı.


17:00


Bu günün sonuncu yarımfinal oyununda 75 kq çəkidə dəfələrlə Azərbaycan və Dünya Çempionu olan Rafael Ağayevlə Avropa və Dünya Çempionu olan Bitç Noah üz-üzə gəlib.


Hər iki idmançı iddialı görünsə də, hücuma daha çox Rafael Ağayev atılır. Zərbələri sərrast və dəqiq olan idmançımız yeganə xalla döyüşün qalibi olaraq finala vəsiqə qazandı.

Qeyd edək ki, o finalda o, İtaliya təmsilçisi Luica Bursa ilə qarşılaşacaq.


16:01


Kişilər arasında Kumite -60 kq çəkidə yarımfinal mərhələsinə start verilib.


Böyük səbrsizliklə gözlənilən qarşılaşmada həmyerlimiz Firdovsi Fərzəliyev finalda yarışmaq üçün tatami üzərinə çıxıb. Makedoniya idmançısı, Balkan çempionu Emil Pavlov ilə qarşılaşan həmyerlimiz hesabda geri olsa da, hakimlər tərəfindən döyüşün qalibi elan olunub. Buna səbəb rəqibin 4 dəfə qaydanı pozması səbəb olub.


Xatırladaq ki, F.Fərzəliyev finalda italiyalı Luka Mareska ilə Serbiya idmançısı Marko Antik duelindən qalib ayrılanla döyüşəcək.


55 kq çəkidə mübarizə aparan qadınların kumite yarışının yarımfinal mərhələsinə start verilib.
Həmyerlimiz İlahə Qasımova fransalı, son Avropa çempionu Emili Thouy ilə qarşılaşıb. Döyüş fransalı idmançının böyük hesablı qalibiyyəti ilə başa çatıb - 1:6.


Xatırladaq ki, Emili Thouy finalda ispan təmsilçi Kristina Qarsia Ferrer və xorvatiyalı xanım idmançı Yelena Kovaçeviç mübarizəsindən qalib ayrılanla qarşılaşacaq.

50 kq çəkidə kumite yarışları üzrə finalın digər iştirakçısı məlum olub.

Avstriya təmsilçisi Plank Bettina və Fransa təmsilçisi, son dünya çempionu Alexandra Recchia üz-üzə gəlib.
Qırmızı kəmərdə yarışan Plank Bettina yarışa fəal başlayıb. O, 2:0 hesabı ilə qalib gəlib.


15:43

Yarımfinal mərhələsində tatami üzərinə birinci Türkiyə təmsilçisi Sərap Özçelik və Ukrayna təmsilçisi Katerina Kriva çıxıb. Gərgin keçən mübarizədə türkiyəli təmsilçi qalib gələrək finala adlayıb.

50 kq çəkidə kumite yarışları üzrə finalın digər iştirakçısı məlum olub.

Avstriya təmsilçisi Plank Bettina və Fransa təmsilçisi, son dünya çempionu Alexandra Recchia üz-üzə gəlib.

Qırmızı kəmərdə yarışan Plank Bettina yarışa fəal başlayıb. O, 2:0 hesabı ilə qalib gəlib.

14:45

I Avropa Oyunlarında karate yarışları davam edir.

Teleqraf.com xəbər verir ki, artıq bu gün seçmə mərhələnin birinci dövrəsi başa çatıb. Aralarında bir qadın, 3 kişi idmançımız olmaqla bir azdan yarımfinal mərhələlərinə start veriləcək.

Tatami üzərində kumite yarışları üzrə 50 kq çəkidə qadınların yarışına start veriləcək. Türkiyə təmsilçisi Özçelik Serap Ukrayna təmsilçisi Kryva Katerynanı sınağa çəkəcək. Bu cütlüyün qalibi finalda Avstriya təmsilçisi Plank Bettina və Fransa təmsilçisi Alexandra Recchia duelinin qalibi ilə qarşılaşacaq.

Daha sonra 55 kq çəkidə mübarizə aparan qadınların kumite yarışının yarımfinal mərhələsi davam edəcək. Həmyerlimiz İlahə Qasımova fransalı Emili Thouy ilə qarşılaşacaq. Bu cütlüyün qalibi finalda ispan təmsilçi Kristina Qarsia Ferrer və xorvatiyalı xanım idmançı Yelena Kovaçeviç mübarizəsindən qalib ayrılanla qarşılaşacaq.

Qadınların bugünki yekun yarımfinal mərhələsi 61 kq çəki ilə yekunlaşacaq. Qırmızı kəmərlə mübarizə aparan fransalı qadın idmançı Lusi İqnasiya xorvatiyalı xanım idmançı Ana Lenardı sınağa çəkəcək. Bu çəkidə digər qarşılaşma isə azarkeşlər üçün daha maraqlıdır. Belə ki, türkiyəli Çoban Mervə finala çıxmaq üçün sloveniyalı Tjasa Ristiki məğlub etməlidir.

Kişilər arasında Kumite -60 kq çəkidə yarımfinal mərhələsi isə böyük səbirsizliklə gözlənilir. Həmyerlimiz Firdovsi Fərzəliyev finalda yarışmaq üçün Makedoniya idmançısı Emil Pavlovu sınağa çəkəcək. Finalın digər adı isə italiyalı Luka Mareska ilə Serbiya idmançısı Marko Antik duelindən sonra aydınlaşacaq.

Kişilər arasında Kumite -67 kq çəkidə yarımfinal qarşılaşması da maraqla gözlənilir. Azərbaycanlı idmançı Niyazi Əliyev qızıl medalı qazanmaq üçün türkiyəli idmançı Burak Uyğuru məğlub etməlidir. Eyni çəkidə digər görüş isə fransalı Stiven Da Kosta ilə alman idmançı Rikardo Qieqler arasında baş tutacaq.

13:03

I Avrop Oyunlarında qadın karateçilərimizin mübarizəsi davam edir.

Teleqraf.com xəbər verir ki, 61 kq çəkidə tatami üzərinə çıxan həmyerlimiz Fəridə Abıyeva Türkiyənin təmsilçisi Çoban Mərvə ilə qarşılaşıb. Gərgin keçən mübarizədə türkiyəli idmançı 2:1 hesabı ilə qalib gəlib.

75 kq çəkidə təmsilçimiz Rafael Ağayev Latviya təmsilçisi Ruslan Sadıqovla qarşılaşıb.
Döyüş həmyerlimizin üstünlüyü şəraitində keçib. 3:1 hesabı ilə mübarizədən qalib ayrılan Ağayev nəticədə 2 xal qazanaraq ümumi xallarının sayını 12-yə çatdırıb. Bununla da o, qrupda ikinciliyini möhkəmlədib.
Xatırladaq ki, 75 kq çəkidə qrupun lideri Türkiyə təmsilçisi Eltemur Ermandır.

12:26

67 kq çəkidə göy kəmərde döyüşən İspaniya təmsilçisi Manuel Rasero Ruizi qırmızı kəmərdə döyüşən Azərbaycan təmsilçisi Niyazi Əliyev məğlub etdi.

75 kq çəkidə mübarizə aparan digər Azərbaycan təmsilçisi Rafael Ağayev Rusiyadan olan rəqibi Nikulin Ilyanı aşkar üstünlüklə - 3:0 məğlub etdi. "Karatenin Maradonası" qızıla çox yaxındır.

11:10

Kişilər arasında ilk təmsilçimiz qalib gəldi. 60 kq çəkidə yarışan Firdovsi Fərzəliyev rəqibi, Qomez Qarsiya Matiesi məğlub etdi.

11:00

55 kq-da mübarizə aparan yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.

50 kq-da ölkəmizin idman şərəfini qoruyan Nuranə Əliyeva ilk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirib. karateçimiz yuka xalı ilə uduzub - 0:1. O, növbəti 2 gürüşündə də ümidləri doğrultmayıb və qrup sonuncusu kimi vaxtından əvvəl Oyunlarla vidalaşıb.

10:23

Bakı 2015 Avropa Oyunlarında karate idman növündə də yarışlar başlayır.

Teleqraf.com.com xəbər verir ki, “Kristal Zal”da təşkil ediləcək ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunacaq.

Kumite

Kişilər

60 kq

A qrupu

Bu çəkidə tatamiyə çıxacaq Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gələcək. Onun növbəti görüşlərdə rəqibləri albaniyalı Halil Marqeşi və italiyalı Luka Mareska olacaq.

67 kq

A qrupu

Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verəcək. Həmyerlimizin yer aldığı qrupda Stevan Da Kosta (Fransa) və ispaniyalı Manuel Rosero Ruis də növbəti mərhələyə vəsiqə uğrunda gücünü yoxlayacaq.

75 kq

A qrupu

Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulacaq. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gələcək. İkinci qarşılaşmasında Erman Eltemuru (Türkiyə) sınağa çəkəcək həmyerlimiz qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirəcək.

Qadınlar

50 kq

A qrupu

Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. O, ilk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirəcək. Həmyerlimiz ardınca müvafiq olaraq, türkiyəli Serap Özçelik və xorvatiyalı Monika Beruleçlə üz-üzə gələcək.

55 kq

B qrupu

Yığmamızın üzvü İlahə Qasımov birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirəcək. İkinci görüşündə türkiyəli Tuba Yakanla qarşılaşacaq həmyerlimiz qrupda son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirəcək.

61 kq

B qrupu

Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edəcək. 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenard (Xorvatiya) və Merve Çobanla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək.


Müəllif: