13 İyun 2015 11:41
596
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təsnifat mərhələsində rusiyalı Anisiya Neborako qalib gəlib – 89,1333, İspaniyalı Betta Ferreras-Sans (86,6333) 2-ci, ukraynalı Yelizaveta Yaxno (86,1667) 3-cü olub.
Beş idmançının ardından mübarizəyə qoşulan Valiulinanın çıxışı hakimlər tərəfindən 72,3000 xalla qiymətləndirilib. O, təsnifat mərhələsini 16-cı yerdə başa vurub. Bununla da təmsilçimiz final mərhələsinə yüksələ bilməyib.
Qeyd edək ki, final mərhələsi iyunun 16-da keçiriləcək. Mükafatçılar saat 16:00-da başlayacaq mübarizədən sonra müəyyənləşəcək.

11:04

Bakı Su İdman Mərkəzində Birinici Avropa Oyunları çərçivəsində Sinxron üzgüçülük yarışları üzrə fərdi çıxışlar start götürüb.

Teleqraf.com xəbər verir ki, 10.00-dan başlıyaraq 21 ölkənin təmsilçisi öz bacarıqlarını nümayiş etsirmək üçün hovuza girib.

İlk olaraq suya Yunanıstan idmançısı Tsola Athanasia girib. O, münsiflərdən 81.300 xal alıb.

Azərbaycan təmsilçisi Valiuna Yekaterina isə 6-cı sirada çıxış edərək 72.3000 xall toplayıb.

Teleqraf.com çıxış edən iştirakçıların xallarını təqdim edir:

1. Yunanıstan - Tsola Athanasia – 81.3000

2. İsrail - Litman Qal – 70. 2667

3. Avstriya – Aleksandri Anna-Maria – 84.2000

4. Çexiya – Vlasakova Maria – 72.1333

5. Ukrayna – Yakno Yelzaveta- 86.1667

6. Azərbaycan – Valiulina Yeketerina – 72.3000

7. Bolqarıstan – Kirkova Mariya- 66.6000

8. Niderland – Kasse Şelbi – 74.5000

9. Böyük Britaniya – Randall Cenevive – 76.2333

10. İtaliya – Karroza Noemi – 84.9333

11. İsveçrə - Kox Vivien – 77.4000

12. Macarıstan – Szabo Veronka – 70.7000

13. Polşa – Szepanska Svietlana – 68.5667

14. Fransa – Juermoud İnesse – 82.7667

15.Rusiya – Nebaroka Anasiya – 89.1333

16. Türkiyə - Bakırcı Defne – 75.7667

17. Almaniya – Zimmer Mişelle – 73.7667

18. Lixtenşteyn - Mexnig Lara – 74.7333

19. Slovakia – Daabousova Nada – 76.0333

20. Belarusiya – Taleyko Volha – 78.3000

21. İspaniya – Ferreas Sanz Berta – 86.6333

Rüstəm


Müəllif: