I Avropa Oyunlarının ancaq acılış mərasiminə sərf edilən xərc 100 milyon manatı ötüb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.
A.Rəhimov mətbuat konfransında qeyd edib ki, Avropa Oyunlarında Avropa ölkələrinin liderlərinin iştirak etməməsi barədə sosial şəbəkələrdə hansısa şəxslər tərəfindən verilən məlumatlar düzgün deyil.
Nazir qeyd edib ki, acılış mərasimində Avropa ölkələrinin liderləri çox yüksək səviyyədə təmsil olunub: "Qeyd edilən ölkələrin hamısının rəhbərləri acılışda iştirak edib. Tədbirdə İsveçrə, Böyük Britaniya, İtaliyadan dövlət rəsmiləri iştirak ediblər".
A.Rəhimov bildirib ki, acılış mərasimində Avropa və Azərbaycan mədəniyyətinin tarazlı şəkildə təqdim olunmasına nail olunub.