13 İyun 2015 15:04
835

Azərbaycanın ruhu Bakı 2015-in medal mərasimlərinə həsr olunmuş musiqi ilə həmahəng səslənəcək.

Azərbaycan mədəniyyətinin istedadları medal mərasimləri zamanı Bakı 2015 Avropa Oyunlarının bir hissəsi kimi idman aləmində qazanılan yüksək nailiyyətlərlə birgə nümayiş etdiriləcək.

“Zəfər” Bakının ruhunu təcəssüm etdirəcək 253 mərasimin hər biri üçün ayrıca təqdim olunacaq orijinal musiqi kompozisiyasıdır. BEGOC-dan Teleqraf.com-a verilən məlumata görə, kompozisiya bürünc, gümüş və qızıl medal qazanan idmançılar üçün bayram musiqisi olacaq.

Bu təkrarolunmaz əsər aparıcı Azərbaycan bəstəkarı Rəşad Həşimovun beynəlxalq aləmdə tanınmış Qreq Baumanla əməkdaşlığının heyrətamiz nümunəsidir.

R.Həşimov 2006-cı ildə Azərbaycan Prezidenti tərəfindən Azərbaycanın əməkdar artisti adına layiq görülmüş ən istedadlı bəstəkarlardan biridir.

O, musiqi təhsilini 1990-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmazdan öncə Bakı Musiqi Texnikumunda alıb. Bir çox mühüm musiqi tədbirlərinin dirijoru, bəstəkarı və rəhbəri kimi çıxış etməklə yanaşı, o, 20 ildir ki, "RAST" qrupunun rəhbəridir.

Rəşad Azərbaycanı Rusiya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə, Sinqapur, Mərakeş, Türkmənistan, Belarus, İsveç və bir sıra digər ölkələr də daxil olmaqla dünyanın müxtəlif yerlərində təmsil etməyə davam edir.

“Great Big Events” şirkətinin yaradıcı direktoru olan Bauman, bütün dünyada Olimpiya Oyunları da daxil olmaqla, müxtəlif tədbirlər üçün nəzərdə tutulan medal mərasimlərinin bəstəkarı kimi beynəlxalq təcrübəyə malikdir. O, R.Həşimov kimi istedadlı və yaradıcı bir Azərbaycan bəstəkarı ilə işləmək imkanını qazanmaqdan çox məmnundur. Medal Mərasimlərinin Musiqisi yerli "Azerbaijan Promix" səsyazma studiyasında lentə alınıb.

Avropa Oyunlarının birinci medalı bu gün Veloparkda keçirilən qadınlararası Dağ Velosipedi yarışlarında təqdim olunub. Yarışların keçiriləcəyi 17 gün ərzində 1700-dən çox medal təqdim olunacaq. Onlar Azərbaycan rəssamı Nərgiz Hüseynova ilə birgə əməkdaşlıq çərçivəsində yaradılıb. Azərsuvenir tərəfindən əl üsulu ilə hazırlanmış medallar əyinlərində azərbaycanlı dizayner Zümrüd Mirzəliyevanın müəllifi olduğu ənənəvi dizayn elementləri ilə bəzədilmiş müasir geyimlər olan 250-dən çox könüllü tərəfindən təqdim olunacaq.


Müəllif: