13 İyun 2015 22:30
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən çox istifadə olunan Tvitter sosial şəbəkəsində #Baku2015 həştəqi dünya trendinə çevrilib.

AZƏRTAC xəbər verir ki, iyunun 12-də Bakıda keçirilən birinci Avropa Oyunlarının açılış mərasimi ərəfəsində anti-Azərbaycan şəbəkəsi #Baku2015 həştəqinə qarşı hücum təşkil edib. Bu hücumlar bir neçə gün öncə mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) müraciəti əsasında həyata keçirilib. İFEX müraciətində Azərbaycanda insan haqlarının pozulduğunu iddia edərək, jurnalist təşkilatlarını və QHT-ləri birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı Tvitter üzərindən hücum etməyə çağırıb.

Bu hücumların qarşısını almaq üçün Azərbaycanın bir sıra media qurumları, həmçinin Mətbuat Şurası #Baku2015 həştəqinin müdafiə olunması üçün ictimaiyyətə müraciət edib.

İyunun 12-də səhər saatlarından etibarən Tvitterdə #Baku2015 həştəqinə qarşı başlanan hücumlar azərbaycanlılar və Azərbaycansevərlər tərəfindən dəf edilib. Gün ərzində Tvitter üzərindən #Baku2015 həştəqi vasitəsilə birinci Avropa Oyunlarında reallığı əks etdirən paylaşımlar edilib. Nəticədə #Baku2015 həştəqi dünya üzrə trendlər arasında 9-cu pillədə qərarlaşıb.

Bununla yanaşı, həştəq Türkiyədə 4-cü, İtaliyada 7-ci yerdə qərarlaşıb.


Müəllif:

Oxşar xəbərlər