Bakıda I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm keçdi və bu mərasim Azərbaycan tarixində həmişəlik qalacaq. Bu barədə Trend-ə İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak deyib.
Diplomat bildirib ki, I Avropa Oyunlarının keçirilmə hüququnu Azərbaycana verməklə Avropa bu ölkəyə inamını nümayiş etdirdi: "Azərbaycan bu çağırışı layiqincə qəbul etdi və göstərdi ki, Azərbaycan sevgi və sülh ölkəsidir”.