14 İyun 2015 15:51
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

"I Avropa Oyunlarının açılışı həyatımda gördüyüm ən yaxşı açılışdır".

Bunu Trend-ə britaniyalı azarkeş Corc Din deyib.

O, 2012-ci il London olimpiadasının açılışında da iştirak etdiyini deyib: "İki açılışı müqayisə etmək çox çətindir. Şübhəsiz ki, Bakıdakı açılış mərasimi həyatımda gördüyüm ən yaxşı açılış oldu".

Azarkeş deyib ki, britaniyalı idmançıları dəstəkləməyə və Azərbaycanın mədəniyyəti ilə yaxındam tanış olmağa gəlib: "Çox maraqlı ölkədir. Bura çoxdan gəlmək istəyirdim. Hər şey yüksək səviyyədə təşkil olunub və idman obyektləri bütün parametrlərinə görə çox rahatdır".


Müəllif:

Oxşar xəbərlər