Günün ən gözlənilən qarşılaşması olan Azərbaycan və Finladiyanın kişilərdən ibarət voleybol komandalarının oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Bülənt Karşıoğlu, Finlandiyada isə Lauri Hakaladır. Oyunun birinci hakimi İtaliyadan olan Danile Parisarda, ikinci hakimi Sloveniyadan olan Sanca Miklosiçdir.
Azərbaycan Birinci setin ilk texniki fasiləsinə 8-7, ikinci texniki fasiləsinə 16-14 hesabı ilə ireəlidə yollanıb. İlk setin qalibi Azərbaycan komandası oldu: 25-22.
Ikinci setin ilk texniki fasiləsinə Azərbaycan milli komandası üstün yollandı: 8-6. Bu setin ikinci texniki fasiləsini də komandamız uğurla başa vurdu və hesab 16-14 Azərbaycan yığmasının xeyrinə oldu. Ikinci hissədə də Azərbaycan qalib gəldi: 25-21
Yığmamız üçüncü setə də uğurla başlayıb. İlk texniki fasiləyə üstün yollanan komandamız 8-6 hesabı ilə irəlidədir. Azərbaycan üçüncü setin ikinci texniki fasiləsin geridə bitirdi: 14-16. Yığma komandamız üçüncü setdə məğlub oldu: 25-18
Finlandiya komandası dördüncü setin ilk texniki fasiləsini qələbə ilə başa vurdu: 8-6. Azərbaycan ikinci texniki fasiləyə də məğlub yollandı: 16-10. Finlandiya dördüncü setin qalibi oldu: 25-18.
Beşinci, gərgin keçən həlledici setdə Finlandiya kollektivi üstün olaraq, oyunu qalibiyyətlə başa vurub:15-13
Samir