14 İyun 2015 23:58
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edən Misirin gənclər və idman naziri Xalid Əbdüləziz Azərbaycana səfərini başa çatdırdıqdan sonra ölkəsinin mətbuatına açıqlama verib.

Nazir Azərbaycanın “Bakı-2015” ilk Avropa Oyunlarının uğurlu keçməsi üçün güclü təşkilatçılıq nümayiş etdirdiyini xüsusi vurğulayıb.

Azərbaycanın idmana böyük önəm verdiyini qeyd edən nazir X.Əbdüləziz “Bakı-2015” ilk Avropa Oyunlarında 50 Avropa ölkəsindən 6 min atletin 20 idman növü üzrə yarışlarda iştirak etdiyini bildirib.

Paytaxt Bakının Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılışında müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyini bildirən nazir açılış mərasiminin möhtəşəm olduğunu diqqətə çatdırıb.


Müəllif:

Oxşar xəbərlər