Azərbaycanlı azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Onların dəstəyi mənim gücümü daha da artırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında 66 kiloqram çəki dərəcəsində final görüşündə ermənistanlı idmançı Miqran Arutunyanı məğlub edən Rusiya təmsilçisi Artyom Surkov deyib.
O bildirib ki, ermənistanlı rəqibi əvvəllər Rusiya millisinin heyətində çıxış edib. “Onunla bir dəfə qarşılaşmış və məğlub olmuşdum. Bugünkü qarşılaşma mənim üçün revanş xarakteri daşıyırdı. Çox sevinirəm ki, birinci Avropa Oyunlarının qalibi oldum. Ölkəmi layiqincə təmsil etdiyim və bayrağımızı dalğalandırdığım üçün xoşbəxtəm” – deyə Artyom Surkov vurğulayıb.