Doğma vətənimizdə keçirilən birinci Avropa Oyunlarında bayrağımızı yüksəyə qaldırdığım üçün qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində karatenin kumite yarışlarında 84 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan idmançısı Ayxan Mamayev deyib.
“Komandamız Avropa Oyunlarına bir ildən çox idi ki, hazırlaşırdı. Yanvardan isə gərgin məşqlərə başlamışdıq. Hər məşqdən sonra himnimizi oxuyurduq və bu da bizə güclü stimul verirdi. Qələbəmdə zəhməti olan müəllimimə, ümumiyyətlə, hər kəsə çox təşəkkür edirəm” – deyə Ayxan Mamayev bildirib.