15 İyun 2015 09:40
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarşıma məqsəd qoymuşdum ki, Avropa Oyunlarının çempionu olacağam. Finaladək gəlmişdim və yaranmış şansı heç cür əldən vermək istəmirdim. Şükürlər olsun ki, qızıl medalı qazandım. Avropa Oyunlarında qazandığım bu qələbəni anama həsr edirəm".

AZƏRTAC xəbər verir ki, bu sözlər birinci Avropa Oyunlarının çempionu, Azərbaycan idmançısı Elvin Mürsəliyevə məxsusdur.

Ən çətin görüşünün Gürcüstan və Rusiya idmançıları ilə olduğunu bildirən güləşçi deyib: “Gürcüstan idmançısına ötən il dünya çempionatından bələd idim, rusiyalı idmançı ilə isə ilk dəfə qarşılaşırdım. Bu, ilk Avropa Oyunlarıdır. Hər bir idmançı istəyər ki, bu Oyunlarda qızıl medal qazansın. Xoşbəxtəm ki, mən də qızıl medal qazanaraq adımı Azərbaycan idmanının və Avropa Oyunlarının tarixinə yazdım.


Müəllif:

Oxşar xəbərlər