Dünyanın 145 ölkəsində insanlar Avropa Oyunlarını izləyə bilir.
Bu barədə bu gün keçirilən mətbuat konfransında "Bakı 2015" koordinasiya komisiyasının sədri Spyros Capralos bildirib.
O, Avropa idman komitləri adindan qeyd edib ki, yarışalar yüksək səviyyədə təşkil olunub: “Hər birimiz fantastik açılışın şahidi olduq. Yarışlarda Azərbyacan birinci yeri tutdugu üçün bu insanlar arasında yarışlara marağı daha da artırıb.
Qeyd edim ki, yayımın keyfiyyəti çox yüksəkdir. Hamı bu yarışları rahat izləyə bilir. Əhəmiyyətli olan odur ki, dünyanın 145 ölkəsində insanlar Avropa Oyunlarını izləyə bilir. Bu da digər qitə oyunlarından daha çox diqqəti cəlb edə bilib. Bunun səbəbi də insaların Avopa ölkələrində yaşamasıdır. Yarışlar standarltlardan qat-qat üstün təşkil edilib. Burada hər şey düşünülüb. Keyfiyyət, kəmiyyət, qonaqpərvərlik və könüllülərin ruh yüksəkliyi və s.”
İlhamə