Biz oyunların Avropada yayımlanması səviyyəsindən razıyıq.
Teleqraf.com-un xəbərinə görə, bunu I Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib.
Onun sözlərinə görə, yayım məsələsində əvvəlcədən nəzərdə tutulandan da yüksək nəticə əldə olunub: “Düzdür, bəzi televiziya kanallarının qərəzli informasıyalarına da rast gəldik. Təbii ki, bu onların daxili işidir. Biz həmin televiziya kanallarının daxili işlərinə qarışa bilmərik. Bu oyunlar Avropa üçün ilkdir və Avropada 50-dən artıq dövlət var. Demək olar ki, bu dövlətlərin əsas televiziya kanallarında yarışlar geniş şəkildə işıqlandırılıb”.
Saymon Kleq qeyd edib ki, üç günün məlumatına görə, 24 qalib bəlli olub: "Yeniliklərdən biri də odur ki, 140 idmançı müsahibə vermək imkanı əldə edib. Növbəti günlərdə bir çox yaraşılar keçiriləcək. Qeyd etməliyəm ki, Azərbaycan medal sayına görə bu siyahıda birinci yeri tutur. İki idman növü üzrə yarışlar artıq başa çatıb”.
BEGOC baş direktorunun sözlərinə görə, dünən bağlanış mərasimi üçün 15 min bilet satılıb. Oyunlar üçün nəzərdə tutulan biletlərin artıq 75 faizi satılıb. Dünən 23 min 750 tamaşaçı yarışları izləyib. Ümumilikdə 420 min bilet satılb. Bu gün 7 məkanda yarış keçiriləcək, gözləntimiz 30 min tamaşaçısıdır”.
İlhamə