Avropa Oyunlarında kişilər arasında stolüstü tennis üzrə komanda yarışlarına bürünc medal qazanmış Avstriya komandasının üzvü Daniel Habesohn Teleqraf.com-un suallarını cavablandırıb.
29 yaşlı tennisçinin qısa müsahibəsini təqdim edirik:
- Qələbə qazanmaqda elə də çətinlik çəkmədiniz. Ümumiyyətlə bugünkü oyun haqqında nə fikirləşirsiz?
- Oyundan əvvəl bizə dedilər ki, rəqib cəmi iki nəfərlə mübarizə aparacaq. Bu bizə üstünlük gətirdi. Əlbəttə ki, məğlub olmaq bizim üçün biabırçı nəticə olardı. Qızıl mükafatı qazanmasaq da hər halda medalsız qalmadıq.
- Yarımfinalda Fransaya məğubiyyətin səbəbini nədə görürsünüz?
- Onlar oyuna bizdən daha yaxşı hazırlaşmışdılar. Bir az da arxayınlıq bizə baha başa gəldi. Amma bu idmandır, hər şey ola bilər.
- Azərbaycan haqqında təəssüratlarınız necədir. Bakını bəyəndiniz?
- Sözün düzü belə təşkilatçılıq gözləmirdim. Hər şey çox yaxşı təşkil olunub. Bakını çox bəyəndim, möhtəşəm şəhərdir. Hər addımda bizə yardım etməyə hazır olan insanları görmək çox xoşdur.
Yusif