15 İyun 2015 20:25
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında 48 kiloqram çəki dərəcəsində qalib gələn qadın güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı güləşçi Mariya Stadnik qazanıb. O, finalda bolqarıstanlı idmançı Elitsa Yankovanı 12:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan güləşçiləri Avropa Oyunlarında artıq 3-cü qızıl medalı qazanıblar.

Yarışların ilk iki günündə kişi güləşçilərimiz iki dəst, ümumilikdə 6 medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.


Müəllif:

Oxşar xəbərlər