16 İyun 2015 00:19
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komanda şəklində yaxşı çıxış etdik, amma bundan da yaxşı nəticə göstərə bilərdik".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı-2015 Avropa Oyunlarında kişilər arasında idman gimnastikası üzrə çöxnövçülükdə komanda yarışlarında burunc medal qazanmış kişilərdən ibarət idman gimnastikası üzrə yığmamızın üzvü Eldar Səfərov deyib.

E.Səfərov daha yaxşı çıxış edə bilməmələrinin səbəbini komanda üzvlərinin birinin zədə alması ilə əlaqələndirib: "Bildiyiniz kimi, komandamızda bir nəfər zədə aldı. Bu baş verməsəydi, birinci və ya ikinci yer uğrunda mübarizə apara bilərdik".

O, özünün də bir ay əvvəl zədə aldığını bildirib: "Çiynimdən zədə almışdım, həmçinin ayağımdan əməliyyat olunmuşdum. Hələ tam sağalmamışam. Təbii ki, belə olmasaydı, mən də daha yaxşı çıxış edə bilərdim".

E.Səfərov Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə və azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.


Müəllif:

Oxşar xəbərlər