16 İyun 2015 00:30
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Equipe21” televiziyası “Bakı-2015” birinci Avropa Oyunlarına xüsusi diqqət yetirir.

AZƏRTAC xəbər verir ki, idman sahəsində ixtisaslaşmış televiziyanın Bakıdan həyata keçirdiyi yayımlar təkcə fransız atletlərin çıxışları ilə məhdudlaşmır. Belə ki, Fransa idmançılarının çıxışlarını canlı yayımlayan televiziya, gecə saatlarında digər ölkələrin atletlərinə də yer verir.

Televiziyanın saytında, həmçinin Oyunların hər gün üçün tam proqramı barədə məlumat verilir.


Müəllif: