16 İyun 2015 22:11
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı 2015” Birinci Avropa Oyunlarında kişilər arasında voleybol yarışları davam edir.

Teleqraf.com xəbər verir ki, Bolqarıstan və İtaliya milli komandaları arasında görüş keçirilib. Oyunun birinci setinin ilk texniki fasiləsinə Bolqarıstan millisi üstün yollanıb: 8-4. İlk hissənin qalibi bolqarlar olub: 25-21.

İkinci setdə İtaliya voleybolçuları üstünlük qazanaraq, 25-22 hesabı iləqələbəyə nail olub. Gərgin keçən üçüncü setdə Bolqarıstan komandası qələbə qazanıb: 34-32. İtalyanlar dördüncü setdə də uğursuzluqdan çıxa bilməyiblər. Bolqarlar bu seti də 25-19 hesabı ilə qalib gələrək, ümumi oyunu qalibiyyətlə başa vurub.

Almaniya 3-0 Belçika

Almaniya və Belçika arasında keçirilən oyun almanların 3-0 hesablı qələbəsi ilə başa çatıb (25-15; 25-18; 25-23).

Türkiyə 2-3 Polşa

Günün üçüncü qarşılaşması Türkiyə və Polşa yığma komandaları arasında keçirilib. İlk setdə qardaş ölkənin voleybolçuları məğlub olub: 25-20. İkinci hissədə də Polşa komandası qələbə qazanıb: 25-19. Üçüncü setdə Türkiyə qalib gəlib. Gərgin keçən görüşün bu hissəsi 30-28 hesabı ilə bitib. Üçüncü setdə də qardaş ölkənin idmançıları üstün oyun göstərərək, 25-21 hesabı ilə qələbə qazanıb. Amma onlar bu qələbənin ardını gətirə bilməyib. 5-ci həlledici setdə Polşa komandası uğur əldə edib: 15:13.

Finlandiya 0-3 Fransa

Finlandiya komandası Fransa kollektivini qəbul edir. İlk setdən sonra hesab 26-24 Fransa komandasının xeyrinə olub. Ikinci set də fransızların xeyrinə olub: 25-23. Üçüncü hissədə də uğur qazanan Fransa milli komandası ümumi oyunu da qalibiyyətlə başa vurub: 25-23

Rusiya 3-0 Belçika

Günün ilk qarşılaşması B qrupunda qərarlaşan Rusiya kollektivi ilə Belçika arasında keçirilib. İlk setdə Rusiya komandası üstünlük əldə edib: 25-18. İkinci hissəyə də Rusiya yığması üstün yollandı: 25-18. Üçüncü setdə də qələbə qazanan rus qonşularımız ümumi oyunu qalibiyyətlə başa vurub: 25-13.

Bu gün daha 5 qarşılaşma baş tutacaq:

Saat 11:00-da A qrupu Finlandiya – Fransa

Saat 14:30-da A qrupu Türkiyə - Polşa

Saat 16:30-da B qrupu Almaniya – Slovakiya

Saat 20:00-da B qrupu Bolqarıstan – İtaliya

Saat 22:00-da A qrupu Azərbaycan - Serbiya


Müəllif: