16 İyun 2015 21:08
3 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə saatlıq fasilədən sonra boks həyəcanı davam edir. 1/32 final mərhələsində 56 kq çəki dərəcəsində növbəti döyüş keçirilib.

Rumıniyanı təmsil edən Nikole Andreiana ispaniyalı Dieqo Ferrer Pereiradan güclü olub. Eyni çəkidə Rikardo D'Andea ukraynalı Yuri Şestakı 2-1 hesabı ilə məğlub edib. 56 kiloqramda günün son qarşılaşması İrlandiya təmsilçisi Kurt Volkerlə rusiyalı Baktovar Nazirov arasında keçirilib. Bu görüşdə Nazirov 2-1 hesabı ilə çətin qələbə qazanıb.

64 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Türkiyə boksçusu Adem Avcı Macarıstan idmançısı Andras Vadasza heç bir şans verməyib: 3-0.

75 kiloqram çəkidə döyüşən Rusiya boksçusu Maksim Koptyakov danimarkalı həmkarı Mayk Stefenseni məğlub edə bilib.

91 kiloqram çəkidə Ukrayna boksçusu Gevorq Manukiyan çexiyalı David Hoseki 3-0 hesabı ilə məğlub edib. Türkiyəli Bahram Müzaffər isə Estoniya idmançısı Rain Karlsondan güclü olub.

Bu çəkidə günün son qarşılaşması isə isveçli Qabriel Riçardsla Avstriya idmançısı Stefan Nikoliç arasında baş tutub. Bu görüşdə İsveç təmsilçisi rəqibini 3-0 hesabı ilə məğlub edib.

14:48

Günün birinci yarısının son qarşılaşması 91 kiloqram çəkidə mübarizə aparan Rumıniya boksçusu Lonut Jitaru ilə irlandiyalı Darren O'nill arasında keçirilib. Döyüş İrlandiya təmsilçisinin xeyrinə başa çatıb.

14:29

Yarış 91 kiloqramda mübarizə aparan boksçuların döyüşü ilə davam edir.

Bu çəkidə ilk görüş Macarıstan boksçusu Adam Hamori ilə slovakiyalı Erik Tlkaneç arasında keçirilib. Görüş Hamorinin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

Eyni çəkidə mübarizə aparan almaniyalı Albon Pervizaj və Moldova təmsilçisi Viktor İalimovun görüşü birincinin qələbəsi ilə başa çatıb.

Növbəti görüşdə meydana Rusiya boksçusu Sadam Maqamedov və litvalı Tadas Tamasauskas çıxıb. 91 kiloqram çəki dərəcəsində keçirilən döyüş Maqamedovun xeyrinə başa çatıb.

13:39

60 kiloqram çəki dərəcəsində Türkiyəni təmsil edən Yılmaz Yasin almaniyalı Atdhe Gashi ilə qarşılaşıb. Rəqiinə aman verməyən qardaş dövlətin təmsilçisi görüşün taleyini ilk raundda həll edib. Döyüş Yılmaz Yasinin tam qələbəsi ilə başa çatıb.

13:01

"Baku Cristal Hall"da birinci Avropa Oyunlarının boks yarışlarına start götürüb.

Teleqraf.com xəbər verir ki, rinqə birinci 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçular çıxıb.

Birinci döyüşdə İrlandiya bosçusu Kesi Mayls belarus İvan Fihurenkanı 3-0 hesabı ilə məğlub edib.

52 kiloqram çəki dərəcəsində növbəti döyüşdə macarıstanlı Csoka Nandor Polşa idmançısından güclü olub: 3-0. Bu günün 52 kiloqram çəki dərəcəsindəki son döyüşündə Böyük Britaniya boksçusu Məhəmməd Əli moldovalı rəqibi Aleksandr Riskana heç bir şans verməyib. Görüş 3-0 hesabı ilə britaniyalı boksçunun xeyrinə başa çatıb.

60 kiloqramda ilk görüşdə Gürcüstan təmsilçisi Otar Eranosyan latviyalı Artyom Ramlavsı məğlub edib.

Xatırladaq ki, günün birinci yarısında 52, 60, 90 kiloqram, ikinci yarısında isə 56, 64, 75 və 91 kiloqram çəki dərəcələrində görüşlər keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər