16 İyun 2015 16:20
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Bostonherald” portalında yayılan məqalədə Ermənistan idmançılarının birinci Avropa Oyunlarında iştirak etmələri üçün Azərbaycan tərəfindən yaradılan şərait bu ölkədəki tolerantlığın bir nümunəsi kimi dəyərləndirilir.

“Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Avropa Oyunlarındakı harmoniyanı yüksək qiymətləndirir” sərlövhəli məqalədə Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq bu ölkənin idmançılarını da yüksək səviyyədə qəbul etdiyi bildirilir.

Müəllif Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın bununla bağlı fikirlərinə yer verir: “Biz erməni idmançılarını azərbaycanlı idmançılarla bir yerdə görürük. Bu, idmanın insanları birləşdirmək gücünü göstərir”.

Yazıda, həmçinin erməni idmançı Miqran Arutyunyanın Azərbaycanda ona qarşı yaxşı davranışın olması barədə fikirlərinə də yer verilir.

Məqalənin sonunda Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik bəzi rayonlar hazırda Ermənistan hərbi birləşmələrinin nəzarəti altındadır.


Müəllif:

Oxşar xəbərlər