“İyunun 12-də Bakıda Milli Olimpiya Stadionunda I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi təkcə ölkəmizdə deyil, bütün dünyada böyük əks-səda doğurub. Bu tədbir öz milliliyi, eyni zamanda müasirliyi və qeyri-adiliyi ilə 100 milyonlarla tamaşaçını heyran qoydu. Azərbaycan müstəqilliyinin 24 ili ərzində bütün sahələrdə əldə etdiyi naliyyətləri təkcə bu açlış mərasimi ilə bir daha bütün dünyaya təqdim etdi”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, bu hadisə son vaxtlar Azərbaycana qarşı haqsız olaraq aparılan qarayaxma kampaniyalarına ən tutarlı cavab oldu. Artıq onların da deməyə sözləri qalmadı. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ümumi rəhbərliyilə, Mehriban Əliyevanın sədrlik etdiyi “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən böyük dövlətlərin 6-7 il ərzində həyata keçirdikləri hazırlıq işləri cəmi 2,5 il ərzində yerinə yetirildi: “Bütün idman obyektləri, ümumilikdə pyunların keçrilməsi ilə bağlı bütün infrastruktur çox yüksək səviyyədə yaradılıb. Artıq “Avropa Oyunları”nın Azərbaycan standartları müəyyənləşdirilib”.
Səxavət