17 İyun 2015 23:45
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Bakı 2015” Birinci Avropa Oyunlarında qadınlar arasında keçirilən voleybol yarışının növbəti görüşləri keçirilib.

Teleqraf.com xəbər verir ki, günün son qarşılaşması Rusiya və Xorvatiya milliləri arasında baş tutub. İlk hissədə rus qonşularımız qələbə qazanıb: 25-22. Rusiya kollektivi ikinci hissədə də qələbə ilə başa vurub: 25:19. Üçüncü setdə xorvatlar məğlubiyyətdən qaça bilməyib: 26-24.

Belçika 0-3 Türkiyə

"A" qrupunun daha bir oyunu Türkiyə və Belçika komandaları arasında keçirilib. Birinci setdə Türkiyə yığması 25-16 hesabı ilə qələbə qazanıb. İkinci setdə də qardaş ölkənin voleybolçuları qalibiyyətə sevinib: 25-15.

Üçüncü hissədə Belçikaya heç bir şans verməyən türkiyəli xanımlar ümumi oyunun qalibi olub: 25-18.

İtaliya 1-3 Azərbaycan

"A" qrupunda mübarizə aparan Azərbaycan komandası İtaliya ilə görüşüb. Oyunu izləyənlər arasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da olub. Güclü azarkeş dəstəyinə malik millimiz birinci setdə 25-22 hesabı ilə qalib gəlib. İkinci setin birinci və ikinci texniki fasiləsinə üstün yollanan komandamız: 16-14 hesabı ilə irəlidədir. Azərbaycan komandası ikinci setdə də qalib gəlməyi bacarıblar: 25-20

.

Üçüncü setdə üstünlüyü ələ alan italyanlar 25-22 hesabı ilə qalib gəlib. Dördüncü setin ilk texniki fasiləsinə komandamız üstün yollanıb: 8-5.Bu setin ikinci texniki fasiləsinə də Azərbaycan üstün ayrılıb: 16-15. Bu hissə komandalar üçün həlledici olub. Azərbaycan komandası bu setdə də qalib gələrək, oyunu qalibiyyətlə başa vurub: 25-22.

Bolqarıstan 0-3 Serbiya

Bolqarıstan-Serbiya oyunu keçirilib. Oyunun birinci hakimi azərbaycanlı referi Eldar Əliyev olub. Hər üç setdə serblər üstün olublar: (25-27; 12-25; 18-25).

Polşa 3-0 Rumıniya

Polşa komandası Rumıniya ilə qarşılaşıb. İlk hissədən polşalılar qalib ayrılıblar: 25-23. İkinci setdə də rumınlar üstünlük əldə edə bilməyib: 25-15. Üçüncü setdə də eyni ssenari davam edib. Belə ki, polşalı xanımlar bu setdə 25-16 hesabı ilə üstün olaraq, oyunu 3-0 qalibiyyətlə başa vurub.

Hollandiya 0-3 Almaniya

Günün ilk qarşılaşması "B" qrupunda yer alan Hollandiya və Almaniya komandaları arasında baş tutub. Birinci setdə Almaniya voleybolçuları 25-13 hesabı ilə qələbə qazanıb. İkinci setdə də üstün olan almanlar hesabı 2-0 ediblər: 25-23. Üçüncü hissə də Almaniya idmançılarının qalibiyyəti ilə başa çatıb: 25-23.

Bu gün baş tutacaq oyunlar bunlardır:

Saat 14:30-da B qrupu Serbiya – Bolqarıstan

Saat 16:30-da A qrupu Azərbaycan - İtaliya

Saat 20:00-da A qrupu Belçika – Türkiyə

Saat 22:00-da B qrupu Rusiya - Xorvatiya


Müəllif: