17 İyun 2015 15:32
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunları çərçivəsində taekvondo üzrə kişilər arasında 58, qadınlar arasında isə 49 kq çəki dərəcəsində yarışların mükafatçıları bəllidir.

Azərbaycan təmsilçisi Patimat Abakarova (-49 kq) bürünc medal qazanıb. Kişilər arasındakı yarışda 3-cü yeri tutan idmançı isə tüRk əsilli Almaniya təmsilçici Ləvənt Tuncatdır. Hər iki idmançı qalibiyyət təəssüratını Teleqraf.com-la bölüşüb.

Patimat Abakarova: “Çox sevinirəm ki, bürünc medal qazanmışam. Əlbəttə, qızıl medal arzusunda idim, amma nə etmək olar, idmandır, 3-cü yeri tutmağı bacardım. Taekvondo Federasiyasının rəhbəri Kəmaləddin müəllimə, məşqçimə, ailəmə və bizi dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm”.

Ləvənt Tuncat: “İlk dəfədir Avropa Oyunları keçirilir. Bu da idmançılara başqa bir həyəcan yaşadır. Yarışlar Olimpiya Oyunlarında olduğu kimidir, sadəcə Avropa ölkələri üçün nəzərdə tutulub. Tatamiyə çıxanda həyəcanım vardı, amma illərdir topladığım təcrübəmə əsasən bu pilləyə gəlib çıxdım. Burada məni tanıyan azərbaycanlı qardaşlarım var. Onların dəstəyini və duasını hiss edirdim”.


Bakıya 6-cı dəfədir gəldiyini söyləyən T.Levent deyib ki, əvvəlki Bakı ilə indiki paytaxtımız arasında çox fərq var: “Mən 2009-cu ildə də Bakıya gəlmişdim, çox inkişaf edib, hər tərəfdə yeniliyi, fərqliliyi hiss etmək olur”.


Müəllif:

Oxşar xəbərlər