"Ən yüksək mükafatımı I Avropa Oyunlarında qazandığıma görə çox xoşbəxtəm".
Bunu Trend-ə Bakı-2015 Avropa Oyunlarında qadınlar arasında 53 kq çəki dərəcəsində güləş yarışında qızıl medal qazanmış təmsilçimiz Anjela Doroqan deyib.
Sonadək mübarizə apardığını deyən güləşçimiz bunun sayəsində qalib gəldiyini və Azərbaycan bayrağını yüksəyə qaldırdığını qeyd edib: “Avropa Oyunlarının tarixinə düşdüyümə görə fəxr edirəm. İnanıram ki, bizi yeni qələbələr gözləyir”.