“Biz keçən ilin fevralında müqavilə imzalamışdıq. Host yayımçısı kimi işimiz odu ki, 1000 saatdan çox yayım hazırlayaq”. Teleqraf.com-un xəbərinə görə, bu sözləri Beynəlxalq İdman Yayım şirkətinin prezidenti və baş icraçı direktoru Manolo Romero deyib.
Bu gün keçirilən mətbuat konfransında öz fikirlərini bildirən yayım şirkətinin prezidenti Bakı-2015-in yayımından məmnun qaldıqlarını deyib: “Hazırda 600 saatdan çox çəkiliş aparılıb. Ümumilikdə 1100 saat olacaq. Voleybol kimi bəzi oyunlar çox vaxt aparır. Bundan əlavə, peyk vasitəsilə dünya kanallarına 800-dən çox yayım paylamışıq. Bəzən bu, çətinlik törədir. Bəzi yayımçılar Oyunların konkret hissəsini istəyir. Amma bu çox çətindi. İkinci məsələ hüquqların satılmasıdı. Bu Oyunlarda hələ konkret standartlar müəyyən ediməyib. Bu üzdən də bir çox yayımçılar üçün yenilikdi. Bir çox strategiyalar müəyyənləşdirdik. Birincisi, Olimpiya Oyunlarını işıqlandıranlarla əlaqə saxlamalı idik. İkinci strategiya ondan ibarət idi ki, maksimum sayda saat paylamalı idik. Məncə, hər iki məqsədə çatmışıq. Avropa Oyunları olduğu üçün əsas auditoriyamız Avropadadı. Avropanın 45 şirkəti bu Oyunları işıqlandırır. Bu yayımı almayan bəzi ölkələr, bəlkə də, indi peşmandırlar. Açılış mərasimi 45 ölkənin 40-da canlı yayımlandı. Gün ərzində yayım 5,7 saat təşkil edir. Bundan əlavə, hüquq sahibləri rəqəmsal vasitələrlə də bu Oyunların yayımını təşkil edirlər. Dünyanın digər yerlərində isə 100 əlavə ölkədə Oyunlar yayımlanır. Avstraliya, Çin, Yaponiyanın adlarını çəkə bilərəm. Gündəlik bu Oyunlara 2 saat vaxt ayrılır. Ümumi rəylər müsbətdi. Həm də yayımın keyfiyyətindən razılıq bildirilir. Yayımçılar məkanlardan, təsvirlərdən məmnundular. Qeyd edirlər ki, bu, Olimpiya səviyyəsində təşkil olunub. Reklamların təsvirləri də narahatedici deyil. Reytinqdə də vəziyyət orta həddən yüksəkdi. Məsələn, Finlandiya və bir sıra ölkələrdə yayımçılar Oyunlara əlavə vaxt ayırmağa çalışırlar. Düşünürük ki, getdikcə bir çox ölkələrdə yarışlara maraq böyüyəcək. Hətta bəzi ölkələr növbəti Avropa Oyunları üçün yayım hüququnu almağa çalışırlar”.
Baş icraçı direktor bildirib ki, hər bir tədbir fərqlidir: “Amma bu, yeni yarışdı. Bu da bizə imkan yaradır. Hər şey gözəl olanda nəticə yaxşı olur. Bunu da ictimaiyyətə geniş göstərmək lazımdı”.
Manolo Romero Yay Olimpiya Oyunları ilə Avropa Oyunlarının müqayisəsinə də toxunub: “İki tədbiri müqayisə etmək çox çətindi. Ərəb ölkələrində bu Oyunlara 10 milyon insan baxıb. Bu, qeyri-adi hadisədi. Bu Oyunları çoxidmanlı yarışlarla müqayisə etmək olar. 10 milyon insan açılış mərasimindən böyük zövq alıb. Açılış mərasimində ərəb çarlarının olması onların diqqətini cəlb etmişdi. İlkin münasibətlər gözləniləndən qat-qat çoxdu”.
İlhamə