18 İyun 2015 13:40
593

13.33

Bakı 2015 I Avropa Oyunlarında çimərlik voleybolu üzrə qadınların yarışında Azərbaycan yığması Finlandiyanı 2-0 hesabı ilə məğlub edib.

Bakı 2015 I Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişi və qadınların yarışında növbəti oyunlar keçiriləcək.

Teleqraf.com xəbər verir ki, kişilər qrup mərhələsinin II turuna, qadınlar isə pley-off matçına çıxacaqlar.

Bu yarışda iştirak edən hər iki qadın komandamız qrupu iki və üçüncü pillədə tamamladığından, pley-offda iştirak edəcəklər. Vivyan Kunya - Zinaida Lyubimova cütlüyü 1/8 finala vəsiqə uğrunda finlandiyalı Erika Nistrom - Emilia Nistrom cütlüyü ilə qarşılaşacaq.

Yuliya Kərimova və Rakel Ferreyradan ibarət digər komandamız isə çexiyalı həmkarları Diana Zolnerçikova və Martina Yakubsova önünə çıxacaqlar.

Vivyan Kunya - Zinaida Lyubimova cütlüyü qalib gələcəyi təqdirdə 1/8 finalda İtaliya təmsilçisi ilə qarşılaşacaq. Yuliya Kərimova və Rakel Ferreyra isə çexləri üstələyərsə, növbəti mərhələdə ispanlara rəqib olacaq.


1/8 final mərhələsinin oyunları isə bu gün saat 19:00-dan etibarən başlayacaq.

O ki qaldı kişi komandalarımıza, qrupun 2-ci turunda Bernardo Romano - Leonid Qritsay cütlüyü norveçlilərə, Neylton Santos və Yaroslav Rudik isə fransızlara qarşı mübarizə aparacaqlar.

18 iyun

Qadınlar, Pley-off mərhələsi


12:00. Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya) - Yulia Abalakina/Kseniya Dabija (Rusiya)
Marta Ozolina/Tina Qraudina (Latviya) - Daria Udovenko/Yelizaveta Sulima (Ukrayna) - 2:0 (21:16, 21:16)
12:00. Rimke Braakman/Jolien Sinnema (Hollandiya) - Panagiota Karaquni/Anna Pigi Metheniti (Yunanıstan)
12:00. Erika Nistrom/Emilia Nistrom (Finlandiya) - Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan)
13:00. Daniela Coria/Culia Momoli (İtaliya) – Karolina Baran/Yaqoda Qruşinska (Polşa)
13:00. Valeriya Babenka/Yana Milevskaya (Belarus) - Ester Boter Ribera/Amaranta Navarro Fernandes (İspaniya)

13:00. Yekaterina Sirtçeva/Mariya Prokopeva (Rusiya) - Janne Konqşavn/Viktoriya Kyoelberq (Norveç)
13:00. Yuliya Kərimova/ Rakel Ferreyra (Azərbaycan) - Diana Zolnerçikova/Martina Yakubsova (Çexiya)


Kişilər, II tur

A qrupu

18:00. Aleks Rangieri/Enriko Rossi (İtaliya) - Lukas Kazdailis/Arnas Rumseviçyus (Litva)
20:00. Bernardo Romano/Leonid Qritsay (Azərbaycan) – Morten Kvamsdal/Oevind Hordvik (Norveç)

B qrupu

Fransisko Tomas Kuadrado/Sezar Menendes Orteqa (İspaniya) - Aleksey Denin/Aleq Plotnitski (Ukrayna) - 1:2 (21:18, 16:21, 14:16)
Maçey Rudol/Maçey Kosyak (Polşa) – Aleksey Strasser/Qabriel Kisslinq (İsveçə) - 0:2 (18:21, 15:21)

C qrupu

Paolo İnqrosso/Matteo İnqrosso (İtaliya) - Aleksandr Solovey/Ruslan Sorokins (Latviya) – 2:0 (21:17, 21:16)
Nikos Zupani/Georgios Kotsilianos (Yunanıstan) – Yaroslav Qordeyev/Vladislav Yemelyançuk (Ukrayna) – 2:1 (17:21, 22:20, 15:7)

D qrupu

Martins Plavins/Haralds Reqza (Latviya) - Aleksandr Kavalenka/Aleksandr Dziadku (Belarus) - 2:1 (24:22, 17:21, 15:11)
Peter Eqlser/Daniel Mullner (Avstriya) - Pekka Pippo/Yurki Nurminen (Finlandiya) - 2:1 (16:21, 21:15, 15:9)

E qrupu

Səlçuk Şəkərci/Hasan Mermer (Türkiyə) - Premisl Kubala/Yan Hadrava (Çexiya) – 0:2 (15:21, 13:21)
Steven van de Velde/Maykl van Dorsten (Hollandiya) - Sean Faiqa/Ariel Hilman (İsrail) – 0:2 (17:21, 16:21)

F qrupu

18:00. Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) - Peter Kildeqard/Kristoffer Abell (Danimarka)
18:00. Yannik Salvetti/Jan-Baptiste Doqer (Fransa) – Engin Özbək/Hakan Göktepe (Türkiyə)

G qrupu

17:00. Tobias Vinter/Lorens Peter Petutşniq (Avstriya) - Kristo Kollo/Rivo Vesik (Estoniya)
17:00. Fransisko Marko Arroyo/Kristian Rodriges Qarsiya (İspaniya) – Kris Qreqori/Jak Şif (Böyük Britaniya)

H qrupu

18:00. Marko Krattiger/Sebastian Çevallier (İsveçrə) - Robert Kufa/Yan Dumek (Çexiya)
19:00. Neylton Santos/Yaroslav Rudik (Azərbaycan) – Romain di Cantommaso/Maksim Tierçi (Fransa)


Müəllif: