18 İyun 2015 20:20
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fasilədən sonra boks həyəcanı davam edib. Azərbaycanı 64 kiloqram çəki dərəcəsində təmsil edən Kollazo Sotomayor sloveniyalı Edin Seydinoviçlə qarşılaşıb. Azərbaycan Boks Federasiyasının Prezidenti Kəmaləddin Heydərovun da canlı izlədiyi görüş 3-0 hesabı ilə Azərbaycan idmançısının xeyrinə başa çatıb.

64 kiloqram çəki dərəcəsində digər döyüşdə Rumınya boksçusu Danilel Nikulesku ilə ispaniyalı Yohan Eduardo Orozko Ojeda arasında baş tutub. Görüş 2-0 hesabı ilə rumıniyalının xeyrinə başa çatıb.

75 kiloqramda belaruslu Vitali Bandarenka gürcü idmançı Badri Xardziani üzərində 3-0 hesablı qələbə qazanıb. Digər görüşdə fransız Kristian Mbilli Assomo-Hallier Moldova idmançısı Viktor Karabçevskini 3-0n hesabı ilə məğlub edib. Eyni çəkidə litvalı Tomas Pivorun Bosniya və Hersoqovina boksçusu Corc Tomic üzərində qələbə qazanıb. Bu çəkinin son qarşılaşması isveçli Leon Şartoi ilə Ukrayna təmsilçisi Vladislav Voitalyuk arasında keçirilib. Bu qarşılaşma 3-0 hesabı ilə ukraynalı bokçunun xeyrinə başa çatıb.

+91 kliqoram super ağır çəki dərəcəsində ilk qarşılaşmada Ukrayna boksçusu Vladislav Sirenko gürcüstanlı həmkarı Mixael Bakhtidze ilə qarşılaşıb. Görüş gürcü idmançısının 3-0 hesablı qələbəsi ilə başa çatıb. Macarıstan təmsilçisi İstvan Bernath bolqar boksçu Petar Belberovu 3-0 hesabı ilə məğlub edib.

Günün son qarşılaşması +91 kiloqram çəki dərəcəsində keçirilib. İsraili təmsil edən Abdala Kadan moldovalı Aleksey Zavatinlə münasibətlərinə aydınlıq gətirib. Döyüş 3-0 hesabı ilə Moldova idmançısının xeyrinə başa çatıb.

14:59

81 kiloqramda Polşanı təmsil edən Jordan Kulinski erməni rəqibi Nikol Arutyunovu 3-0 hesabı ilə məğlub edib. Günün birinci yarısının son qarşılaşmasında Türkiyə təmsilçisi Cem Karlıdağ sloveniyalı Denis Lazarı texniki nokauta salaraq görüşü qalib başa vurub.

13:59

81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Teymur Məmmədov 1/16 final mərhələsində Böyük Britaniya təmsilçisi Joshua Buatsi ilə qarşılaşıb. Boksçumuz britaniyalı rəqibini 3-0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov T.Məmmədovun döyüşünü izləmək üçün Bakı Kristal Zala gəlib.

13:00

Avropa Oyunlarında kişilər arasında boks yarışının üçüncü günü başlayıb.

Teleqraf.com xəbər verir ki, günün birinci yarısı 10 görüş keçiriləcək.

Günün ilk qarşılaşması 60 kiloqram çəki dərəcəsində mübarizə aparan İrlandiya təmsilçisi Sean Makkombla Ukrayna təmsilçisi Timur Beliak arasında keçirilib. Görüş 3-0 hesabı ilə irlan boksçusunun xeyrinə başa çatıb. Növbəti görüşdə rusiyalı Konstantin Boqomazov litvalı Edqaras Skurdelisi eyni hesabla məğlub edib. Yunanıstanlı Panagiotis Matsagkosla Böyük Britaniyalı Luke Makkormakın görüşü ikincinin xeyrinə başa çatıb. 60 kiloqramda günün son qarşılaşmasında xorvat boksçu Matteo Komadina israilli İqor Lazarevi 3-0 hesabı ilə yenib.

69 kiloqramda günün yeganə qarşılaşmasında Belçika təmsilçisi Anas Messudi ilə moldovalı Vasili Belous münasibətlərinə aydınlıq gətirib. Görüş 2-1 hesabı ilə Moldova təmsilçisinin xeyrinə başa çatdı.


Müəllif:

Oxşar xəbərlər