İlk Avropa Oyunlarında güclü idmançılar yarışır. Burada zəif atlet yoxdur. Trend-in məlumatına görə, bunu rusiyalı güləşçi, ikiqat dünya çempionu Viktor Lebedev “Sport-express.ru” saytına müsahibəsində deyib.
O, qeyd edib: “Mən çox şadam ki, Avropa Oyunlarında iştirak edirəm. Mükəmməl Ateltlər kəndi, yaxşı düşünülmüş nəqliyyat xidməti var. Düzdür, mən bu vaxta qədər Olimpiya Oyunlarında iştirak etməmişəm. Amma Bakı-2015-dəki yarışlara qatılmaq maraqlıdır. Bu mənim üçün Las-Veqas yarışları öncəsi yaxşı hazırlıq imkanı oldu”.
Rusiyalı idmançı bildirib ki, əsas hədəf – dünya çempionatıdır. Və ilk Avropa Oyunlarında iştirak onu hədəfə bir qədər də yaxınlaşdırıb.
Qeyd edək ki, V.Lebedev Avropa Oyunlarında 57 kq çəki dərəcəsində sərbəst güləş yarışlarının qalibidir.