“Bugünlər Azərbaycanın tarixində mühüm gündür. İlk Avropa Oyunlarının açılışının ölkəmizdə keçirilməsi qürurverici hadisədir”. Bu fikirləri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, Azərbaycan özünün sürətli inkişafı sayəsində ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Onun sözlərinə görə, bu, Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların beynəlxalq ictimaiyyət tərəfindən etirafıdır.
“Öllkəmizin ilk Avropa Oyunları kimi möhtəşəm idman yarışına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi idmanın inkişafını təmin edib. Azərbaycan bir daha dünyanın diqqət mərkəzinə çevriləcək və möhtəşəm idman bayramı tariximizə qızıl hərflərlə yazılacaq”, – deyə L.Abdullayeva qeyd edib.
Səxavət