19 İyun 2015 10:12
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanlı qardaşlarımızla birlikdə İstiqlal Marşını oxumaq daha önəmli idi.” Bunu sərbəst güləş yarışlarında ilk Avropa Oyunlarının qızıl medalçısı türkiyəli idmançı Taha Akgül deyib.

İlk Avropa Oyunlarının güləş yarışlarına artıq yekun vurulub. Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində Oyunların qalibi olan türkiyəli idmançı T.Akgül əldə etdiyi nailiyyətləti ilə bağlı təəssüratlarını bölüşüb.

Türkiyənin nüfuzlu idman portallarından olan fanatik.com.tr saytı xəbər verir ki, dünya və avropa çempionu T.Akgül açıqlamasında güləşin çox populyar olduğu Azərbaycanda çempion olmağın bir ayrı zövq verdiyini söyləyib: “Ölkəmizin bayrağını son gündə dalğalandırdım. Azərbaycanlı qardaşlarımızla birlikdə İstiqlal Marşını oxumaq digər yarışlardan daha önəmli idi. İndi əsas məqsədim olimpiya çempionu olmaqdır.”

T.Akgül Avropa Oyunlarındakı qələbə sevincini Azərbaycan və Türkiyə bayraqlarını birgə dalğalandırmaqla yaşayıb.


Müəllif:

Oxşar xəbərlər