Super ağır çəki dərəcəsində (+91 kq) Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidov Gürcüstan boksçusu Mixeil Baxtidze ilə qarşılaşıb.
Birinci raund həmyerlimizin xeyrinə başa çatıb. Boksçumuz ikinci raundu da üstün başa vurub.
Son raunda rəqibinə heç bir şans verməyən M. Məcidov görüşü 3-0 hesabı ilə qalib başa vurub.
Qeyd edək ki, bu görüşü Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov da canlı izləyib.
21:24
Ölkəmizi 81 kiloqramda təmsil edən Teymur Məmmədov 1/8 finalda Polşa təmsilçisi Jordan Kolinski ilə qarşılaşıb. Böyük azarkeş dəstəyi ilə keçən döyüşün birinci raundu boksçumuzun xeyrinə başa çatıb. İkinci raundu da uğurla keçirən Teymur rəqibini üstələyib.
Üçüncü raundu da üstünlüyü əldən verməyən Məmmədov görüşü 2-1 hesabı ilə qalib başa vuraraq 1/4 finala vəsiqə qazanıb.
19:18
Qadın boksçumuz Leyla Cavadova rusiyalı idmançı Yaroslava Yakuşina ilə qarşılaşıb. Görüş 2-0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb.
18:30
Saat 19:00-da daha bir qadın təmsilçimiz rinqə çıxıb. Azərbaycanı 69-75 kiloqram çəkidə təmsil edən Leyla Cavadova rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşır.
15:19
Kişi boksçularımızdan Tayfur Əliyev (-56 kq) 1/8 finaldan mübarizəyə qoşulub. Rumıniyalı Nikolay Andreiana ilə qarşılaşan təmsilçimiz 3-0 hesablı qələbə qazanıb.
Qadınların 69-75 kiloqram çəki dərəcəsindəki ilk görüşündə Almaniya boksçusu Sara Skeruiç rumıniyalı Ana Patraskunu 3-0 hesabı ilə məğlub edib. Eyni çəkidə ukraynalı Katerina Şambir İtaliya təmsilçisi Françeska Amato üzərində 2-1 hesablı qələbə qazanıb.
13:29
Azərbaycanı 48-51 kiloqram çəki dərəcəsində təmsil edən Anaxanım Ağayeva Polşa təmsilçisi Sandra Drabiklə qarşılaşıb. Boksçumuz rəqibinə 0-3 hesabı ilə məğlub olub. Beloruslu Yana Burym isə Rumıniyadan olan rəqibi Melinda Pantisi eyni hesablı məğlub edib.
13:09
Qadınların (48-51 kq) görüşündə ilk qarşılaşma Türkiyə boksçusu Elif Coşkunla ukraynalı Tetyana Kob arasında baş tutub. Döyüş türk idmançısının 2-1 hesablı qələbəsi ilə başa çatıb. Bolqar boksçusu Stoyka Petrova isə Fransa təmsilçisindən (3-0) güclü olub. Eyni çəkidə daha bir qarşılaşmada Böyük Britaniya idmançısı Nikola Adams macarıstanlı Nikola Anksindən güclü olub: 3-0.
11:23
Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 4-cü günü davam edir.
Teleqraf.com-un məlumatına görə, bu gün 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçiriləcək.
5 boksçumuz bu gün rinqə çıxaraq, 1/4 finala vəsiqə qazanmağa çalışacaq.
İlk olaraq saat 13:30-da qadın boksçularımız arasında rinqə Anaxanım Ağayeva (-51 kq) çıxacaq. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşəcək.
Digər qadın təmsilçimiz Leyla Cavadova (-75 kq) 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşacaq. Görüş saat 19:00-da başlayacaq.
Kişilər boksçularımızdan Tayfur Əliyev (-56 kq) 1/8 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi rumıniyalı Nikolae Andreianadır. Döyüşə saat 15:00-da start veriləcək.
Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (-81 kq) da mübarizəni 1/8 finaldan davam etdirəcək. Həmyerlimiz polşalı Yordan Kulinski ilə üz-üzə gələcək. Döyüş saat 21:15-də olacaq.
Əsas medal ümidlərimizdən olan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov (-91 kq) da 1/8 finaldan mübarizəyə başlayacaq. Komandamızın kapitanı 1/16 finalda Gürcüstan təmsilçisi Mixail Baxtidzeni sınağa çəkəcək. Görüş saat 21:45-də baş tutacaq.