Avropa Oyunlarında ölkəmizi boks yarışlarında təmsil edən Tayfur Əliyev Rumıniya təmsilçisi üzərində qazandığı qələbədən sonra öz fikirlərini bölüşüb.
Teleqraf.com-un məlumatına görə, həmişə ilk döyüşlərində çətinlik çəkdiyini deyən boksçumuz növbəti döyüşdə daha diqqətli olacağını bildirib: "Mən bu yarışda qızıl medal üçün mübarizə aparıram və bu istəyimə çatacağıma inanıram".
Döyüş vaxtı alnından qan açılmasına münasibət bildirən Tayfur zədəsinin elə də ciddi olmadığını deyib: "Həkim zədəmə baxdı və bildirdi ki, elə də ciddi bir şey yoxdu. Belə yüngül zədələr hər döyüşdə ola bilər".
Tamaşaçıların dəstəyinin ona güc verdiyini bildirən təmsilçimiz, onlardan növbəti oyunlarda da bu dəstəyi gözləyidiyini bildirib: "Üçüncü raundda tamaşaçıların "Tayfur, Tayfur" deməsi məni daha da ruhlandırdı və mən daha inamla döyüşməyə başladım. Həmin an içimdə yalnız qarşımdakı rəqibi "döymək" keçirdi. Qələbəmdə azarkeşlərin rolu böyükdür".
Uğur