19 İyun 2015 22:26
2 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı 2015” Birinci Avropa Oyunlarının 8-ci günündə Azərbaycanın qadın voleybolçuları Belçika ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, oyunu Almaniyadan olan Sabine Vitte idarə edib. Bu oyunda qazanılacaq qələbə yığmamızı ¼ finala bir addım daha yaxınlaşdırıb. Oyunu izləyənlər arasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Arzu və Leyla Əliyeva da olub.

İlk setin birinci texniki fasiləsinə komandamız öndə yollanıb: 8-7. Birinci setin ikinci texniki fasiləsinə də Azərbaycan voleybolçuları üstün ayrılıb: 16-13. İlk setdə voleybolçularımız qalib gəlib: 25-21. İkinci setin qalibi Belçika komandası olub: 25-22.

İkinci hissənin birinci texniki fasiləsinə komandamız geridə yollanıb: 7-8. Bu setin ikinci texniki fasiləsinə də Belçika idmançıları qalibiyətlə ayrılıb: 16-14

Üçüncü hissədə Azərbaycan möhtəşəm oyun göstərərək, ilk texniki fasiləyə 8-2 hesabı ilə irəlidə yollanıb. İkinci texniki fasiləyə də komandamız üstün ayrılıb: 16-11. Bu hissədə Azərbaycan yığması 25-20 hesabı ilə qalib gəlib.

Dördüncü setin ilk texniki fasiləsinə Azərbaycan geridə yollanıb: 4-8. İkinci texniki fasiləyə də komandamız geridə ayrılıb: 13-16. Bu setdə Azərbaycan voleybolçuları məğlub olub: 21-25.

Beşinci, həlledici setdə Azərbaycan voleybolçuları qələbəyə sevinib: 15-6.

Samir


Müəllif:

Oxşar xəbərlər