20 İyun 2015 00:50
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da Milli Gimnastika Arenasında birinci Avropa Oyunlarında aerobika üzrə komanda yarışlarının finalçıları müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, təsnifat mərhələsində 11 ölkənin komandası mübarizə aparıb. Ölkəmizi yarışda Yekaterina Kotliarova, Vera Bosıx, Elçin Məmmədov, Timur Alekperov və Vladimir Dolmatovdan ibarət komanda təmsil edib. Təəssüf ki, 17,383 xal toplayan Azərbaycan komandası ümumi sıralamada 10-cu olub və mübarizədən kənarlaşıb.

İyunun 21-də keçiriləcək final mərhələsinə Rumıniya, İspaniya, Macarıstan, Rusiya, Fransa və İtaliya kollektivləri vəsiqə qazanıblar.


Müəllif: