Kişilər arasında üç metr hündürlüyündə tramplindən sinxron tullanma yarışının qalibləri rusiyalı atletlər İliya Molçanov və Nikita Nikolayev AZƏRTAC-a müsahibəsində "Bakı-2015" birinci Avropa Oyunlarının təşkilatçılığının mükəmməl olduğunu deyiblər.
Güclü rəqiblər arasında qalib olmaqdan qürur duyduqlarını dilə gətirən atletlər bu qələbənin həyatlarının ən əlamətdar hadisəsi olduğunu bildiriblər.
Atletlər Kəndində ideal şərait yaradıldığını bildirən idmançılar Azərbaycan mətbəxinin zənginliyini də xüsusi vurğulayıblar.