Bakı-2015 Avropa Oyunları çərçivəsində 3X3 basketbolu, su polosu, çimərlik voleybolu üzrə yarışların keçirildiyi ərazilərdə tikilmiş müvəqqəti obyektlər çox səmərəlidir və tamaşaçı tribunaları ilə birlikdə çox gözəl inşa olunub. Bunu Trend-ə Böyük Britaniya komandasının üzvü Stiven Habbard deyib.
O bildirib: "Fikrimcə, obyektlər bir neçə ildən sonra İslam Həmrəyliyi Oyunlarını qəbul edə bilər".
Paytaxtımızda ilk dəfə olduğunu deyən S.Habbardın sözlərinə görə, Bakıda sovet dövründən qalma binaları görəcəyini gözləyirdi: "Lakin gördüm ki, Bakıda köhnə binalar az, yeniləri isə çoxdur və onlar Şərqlə Qərbin vəhdətini təşkil edir".