20 İyun 2015 15:44
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:44

Tofiq Bəhrəmov adına Respublika Stadionunda kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsində saat 15:44-də Azərbaycan təmsilçisi gücünü sınayıb. Ölkəmizi təmsil edən Roman Vengerov fransalı Lukas Daniellə üz-üzə gəlib. Birinci hissədə R.Vengerov rəqibindən 2 xal hesabı ilə geri qalıb. SOnda Fransa təmsilçisi 6-0 hesabı ilə təmsilçimiz üzərində qələbə çalıb.

Qeyd edək ki, Azərbaycanı bu yarışlarda təmsil edən hər üç idmançı - Roman Vengerov, Taras Senyuk və Aleksey Kopnin rəqibinə məğlub olub.

14:30

Kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsində daha bir Azərbaycan təmsilçisi çıxış edib. Saat 14:26-da başlayan görüşdə oxatanımız Taras Senyuk Lüksemburq təmsilçisi Cef Henkels ilə yarışıb. 4 hissədə rəqibi ilə bərabər hesabda irəliləyən təmsilçimiz sonda Lüksemburq oxatanından 2 xal geriləyib. Hesab 6-4 C.Henkelsin qələbəsi ilə başa çatıb.

Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında kamandan oxatma üzrə yarışların 1/32 final görüşləri başlayıb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanı bu yarışlarda Roman Vengerov, Taras Senyuk və Aleksey Kopnin təmsil edəcəklər. Saat 11:36-da Azərbaycan təmsilçisi Aleksey Kopnin ilə Rusiya oxatanı Bair Tsybekdorzhiev qarşılaşıb. Oxatanımız yarışda 2 hissədə rəqibi ilə hesabda bərabər olsa da, rusiyalı idmançı sonda 6-2 hesabı ilə qalib gəlib.


Müəllif: