Azərbaycan boksçusu Albert Səlimov (60 kq) Gürcüstanı təmsil edən erməni əsilli boksçu Otar Eranosyanla döyüşüb. Birinci raund həmyerlimizin xeyrinə başa çatdı.
İkinci raundu da üstün keçirən boksçumuz rəqibinə daha dəqiq zərbələr endirməyi bacarıb. Üçüncü raundda da erməni idmançıya heçbir şans verməyən Səlimov döyüşü 3-0 hesabı ilə qalib başa vurdu.
“Baku Crystal Hall”da Avropa Oyuları çərçivəsində keçirilən boks yarışlarının beşinci günü start götürüb.
Teleqraf.com xəbər verir ki, bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçiriləcək. Yığmamızın 2 boksçusu bu gün rinqə çıxacaq.
52 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz, Sumqayıt boks məktəbinin yetirməsi Elvin Məmişzadə 1/8 finalda irlandiyalı boksçu Mayls Kesi ilə qarşılaşıb. İlk raundda boksçumuz mükəmməl və üstün oyun keçirib. Hər üç hakim birinci raundda üstünlüyü Azərbaycan təmsilçisinə verib. İkinci raundda da hakimlər idmançımızın xeyrinə qərar verib. Üçüncü raundu da əla keçirən Elvin görüşün qalibi olub: 3-0.
Digər həmyerlimiz Albert Səlimov (60 kq) da bu gün Avropa Oyunlarında ilk döyüşünü keçirəcək. Bu görüş azarkeşlər üçün xüsusi maraq kəsb edir. Çünki təmsilçimiz Gürcüstanı təmsil edən erməni əsilli boksçu Otar Eranosyanla qarşılaşacaq. Döyüş saat 15:15-də başlayacaq.
Uğur