20 İyun 2015 12:20
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamandan oxatma üzrə 1/32 final mərhələsində kişilərin fərdi yarışında rusiyalı Bair Tsybekdorzhievə məğlub olan Azərbaycan təmsilçisi Aleksey Kopnin keçirdiyi yarış barədə təəssüratlarını bölüşüb:

Teleqraf.com-un xəbərinə görə, Aleksey Kornin Rusiya idmançısına uduzub mübarizəmi dayandırdığını, amma yaxşı nəticə göstərdiyini deyib: "Öz yarışımı bəyəndim. O da yaxşı atdı, mən də. Amma bir az xal çatmadı ki, mən onu uda bilim. Aramızdakı 4 xal fərqi əslində elə də böyük deyil. Çox həyəcanlanmışdım, azarkeşlər “vur, vur” qışqırırdı. Əlimdən gələni elədim ki, qalib olum, amma alınmadı. İnanıram ki, digər oxatanlarımız yaxşı nəticə göstərib rəqiblərini uda biləcəklər”.

11 ildir kamandan oxatma ilə məşğul olduğunu deyən A.Kopnin deyib ki, 4 ildir daha müntəzəm fəaliyyət göstərir.

O, bundan öncəki nəticələrindən də danışıb: “Respublika çempionu da olmuşam, Gürcüstandakı yarışda 1-ci yeri tutmuşuq. Avropada 72 nəfər oxatan arasında 9-cu yerə yüksəlmişəm. Ən yaxşı nəticəni İslam Həmrəyliyi Oyunlarındakı gümüş medalı sayıram. Komanda yarışında 2-ci yerə çıxdıq, sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdük, bizi təbrik elədi”.

Azərbaycan dilində danışan A.Kopnin milliyyətcə azərbaycanlı olduğunu söyləyib: “Bakıda doğulmuşam və burada yaşamışam, atam rus, anam azərbaycanlıdır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər