Avstriyalı atletlər Lorenz Peter Petutsçniq və Tobias Vinter “sportsmole.co.uk” saytına müsahibələrində Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışlarında qızıl medal qazanmaq gücündə olduqlarını bildiriblər.
Kişilər arasında voleybol yarışlarında dörddəbir finala çıxan avstriyalı idmançılar deyiblər: “Bu, bizim üçün çox önəmlidir. Əslində biz buraya gələndə qalib gələcəyimizə tam inanmırdıq. Çünki yarışlarda çox güclü komandalar iştirak edir. Amma biz də kifayət qədər güclü olduğumuzu sübuta yetirmiş olduq. İndi məqsədimiz yarımfinala çıxmaqdır. Güclü Polşa komandasına qalib gəlməyimiz isə bizdə özümüzə inam hissini daha da artırdı”.