İdman guimnastikasında qadınlar arasında müxtəlif hündürlüklü qollar üzrə gümüş medal qazanan Almaniya təmsilçisi Sofie Şeder təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, qızıl medala iddialı olan 18 yaşlı idmançı nəticəni qənaətbəxş adlandırıb:
“Bu yarışlar mənim üçün çox vacibdir. Çünki hələ 18 yaşım var və belə yarışlarda təcrübə qazanmaqla böyük nailiyyətlər əldə edə bilərəm. Lakin fiziki göstəricilərimə görə, belə nəticə gözləmirdim. Bəzi xırda səhvlər oldu”.
Bildirək ki, gimnastın baş məşqçisi əldə olunan nəticədən razı olduğunu bildirib.