Bu gün kamandan oxatma üzrə qadınlar arasında fərdi 1/16 seçmə mərhələsi keçirilir.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan təmsilçisi Olqa Senyuk saat 10:31-də öz qüvvəsini sınayıb.O, 2013-cü ilin dünya çempionu danimarkalı Maya Jagerlə qarşılaşıb. Birinci hissədə 0-2 hesabı ilə rəqibindən geri qalan təmsilçimiz növbəti mərhələdə 1xal qazanıb. Lakin Senyukun rəqibi də hesabına daha 1 xal yazdırıb. Üçüncü hissədə O.Senyuk 2 xal qazanaraq hesabı rəqibi ilə eyniləşdirib: 3-3.
Görüş 7-3 hesabı ilə danimarkalı oxatanın xeyrinə başa çatıb.