I Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda bürünc medal qazanmış Azərbaycan gimnastı İlya Qrişunin Azərbaycan Gimnastika Federasiyası, məşqçisi və onu dəstəkləyən tamaşaçılara minnətdarlığını bildirib.
Teleqraf.com xəbər verir ki, idmançı jurnalistlərə ümidləri doğrultduğu üçün şad olduğunu deyib: “Şadam ki, məşqçim razı qaldı. Hələ həyat yoldaşım, uşağım və anamla danışmamışam, amma əminəm ki, onlar da xoşbəxtdirlər. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm”.
İ.Qrişunin bu medalı çoxdan qazanmaq istədiyini dilə gətirib: “Əlimdən gələni etdim və nəticə özünü gözlətmədi”.