"Yaxşı döyüş oldu. Rəqib çox qapalı döyüşüdü. Adətən belə boksçularla vuruşmaq çətin olur. Ona görə onun hücum etməsini gözləyib əks hücuma keçirdim".
Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycanı 75 kiloqram çəki dərəcəsində təmsil edən Xaybula Musalov deyib. Növbəti görüşünün belorus idmançısına qarşı keçirəcək təmsilçimiz qalib gəlmək üçün əlindən gələni edəcəyini bildirdi:
"Döyüşlərə yaxşı hazırlaşmağa çalışıram. Məqsədim çempion olub Azərbaycan bayrağını qaldırmaqdır. Özüm Dağıstandan olsamda 2011-ci ildən Azərbaycanı təmsil edirəm. Bu ölkə mənə çox şey verib. Özümü azərbaycanlı kimi hiss edirəm. Buna görə də birinci olub bayrağı qaldırıb, himni səsləndirmək istəyirəm".
Uğur