21 İyun 2015 22:15
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Platformadan suya tullanma yarışında qızıl medalı Böyük Britaniya atleti Matthev Lee (588.25) qazanıb. Gümüş medala rusiyalı Nikita Şleyxe (556.55), bürünc medala isə fransalı Aleksis Jandard (526.20) layiq görülüb.

Azərbaycan idmançısı Artyom Danilov yarışı 438.25 xalla 8-ci pillədə başa vurub.

20:12

Qadınlar arasında üç metr hündürlüyündə tramplindən suya tullanma yarışında qızıl medalı Böyük Britaniya atleti Katerin Torrans (448.25) qazanıb.

Gümüş medalı rusiyalı idmançı Yekaterina Nekrasova (443.05), bürünc medalı isə almaniyalı Saskia Oettinghaus (418.35) əldə ediblər.

Bir qədər sonra kişilər arasında platformadan suya tullanma yarışının final mərhələsi başlayacaq. Finalda Azərbaycanı Artyom Danilov təmsil edəcək.

19:34

Qadınlar arasında üç metr hündürlüyündə tramplindən suya tullanma yarışının final mərhələsinə start verilib.

Bu yarışda Almaniya, Xorvatiya, İtaliya, Polşa, İsveç, Rusiya, İrlandiya, Ukrayna, Böyük Britaniya idmançıları mübarizə aparırlar.

15:45

Platformadan suya tullanma yarışında atletimiz Artyom Danilov 407.45 balla 10-cu pillədə qərarlaşaraq finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, yarışın ilkin mərhələsində 12 idmançı finala vəsiqə qazanıb.

İlk üçlükdə rusiyalı atletlər Nikita Şleyxe (520.65) və Boris Efermov (483.15), britaniyalı idmançı Lee Matthev (514.45) yer alıb.

13:31

Kişilər arasında platformadan tullanma üzrə yarışlar başlayıb.

Bu yarışda təmsilçimiz Artyom Danilov 15-ci nömrə altında çıxış edir.

İlkin mərhələdə 20 atlet öz bacarığını nümayiş etdirir.

12:52

Üç metr hündürlüyündə tramplindən suya tullanma yarışında təmsilçimiz Olqa Bikovskaya 328.15 xalla 26-cı pillədə yer alaraq mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, yarışın ilkin mərhələsində 12 idmançı finala vəsiqə qazanıb.

İlk üçlükdə müvafiq olaraq Böyük Britaniya atletləri Katherine Torrance (431.15) və Lydia Rosenthall (427.25), Rusiya idmançısı Maria Polykova (426.45) qərarlaşıblar.

11:31

İyunun 21-də birinci Avropa Oyunları çərçivəsində su idmanı üzrə üç metrlik tramplindən və platformadan tullanma yarışları keçirilir.

AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayında qadınların üç metr hündürlüyündə tramplindən tullanma yarışlarında təmsilçimiz Olqa Bikovskaya 24-cü nömrə altında çıxış edəcək.

Yarışın ilkin mərhələsində 28 idmançı mübarizə aparır.

Hər iki növ üzrə yarışların final mərhələsi bu gün keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər