18:20
I Avropa Oyunlarında badminton yarışlarında B qrupu üzrə kişilər arasında cütlərin mübarizəsinə Azərbaycan təmsilçiləri də qoşulub. Həmyerlimiz Kənan Rzayev və Orxan Qələndərovdan ibarət cütlük, türkiyəli Əmrə Vural və Sinan Zorluya qarşı mübarizə aparırlar. Oyunun birinci hissəsi Türkiyə badmintonçularının xeyrinə başa çatıb. Türkiyəlilər 21, Azərbaycan badmintonçuları isə 7 xal qazanıblar. Qarşılaşma 1-0 Türkiyənin üstünlüyü ilə davam edir. İkinci hissə də türkiyəli badmintonçuların xeyrinə başa çatıb, nəticədə təmsilçilərimiz 0-2 hesabı ilə məğlub olublar.
İyunun 17-də Badminton Federasiyasının yeni prezidenti seçilən təhsil naziri Mikayıl Cabbarov və Federasiyanın keçmiş rəhbəri Kamal Abdulla qarşılaşmanı izləmək üçün yarışın keçirildiyi Bakı İdman Zalına gəlib. Hazırda hər iki rəsmi Azərbaycan və Türkiyə arasında cütlərin mübarizəsini tribunadan canlı izləyir.
11:30
Bu gün birinci Avropa Oyunlarında badminton yarışlarına start verilib.
Teleqraf.com-un məlumatına görə, Bakı İdman Zalında saat 9:00-da badminton üzrə qadınların fərdi mübarizəsi başlayıb. Türkiyə təmsilçisi Neslihan İgidlə rusiyalı Kseniya Polikaprova yarışıb. Bu gün həmçinin kişilər arasında fərdi yarış və cütlüklərin mübarizəsi gedir.
Hazırda Azərbaycan təmsilçisi Kənan Rzayevlə israilli Mişa Zilberman yarışır. Görüş saat 11:28-də başlayıb. Birinci hissədə İsrail təmsilçisi 21, K.Rzayev isə 5 xal toplayıb. M.Zilberman 1-0 hesabı ilə təmsilçimizi üstələyir. M.Zilberman ikinci hissədə də 21 xal qazanaraq həmyerlimizə qalib gəlib: 21-3. Oyun 2-1 hesabla İsrail təmsilçisinin xeyrinə başa çatıb.
Qeyd edək ki, artıq indidən bu oyunun dörd nəhəngi arasında qızıl medal görüşünün perspektivlərindən danışılır.
Maraqlısı odur ki, badminton cütlükləri arasında ailə bağları olanlar çoxdur. İrlandiyalıların qardaş-bacı və qardaş-qardaş birləşməsi, bolqarların qadınlar arasında görüşə bacıları göndərməsi onu göstərir ki, bütün üç cütlük oyununda səviyyə eyni olacaq. London 2012-nin gümüş medalçıları, dünyanın 2 nömrəli cütlüyü Matias Boe (DEN) və Karsten Moqensen B qrupunda yarışacaq. Onlar artıq indidən 27 iyunda keçiriləcək finala hazırlaşırlar.
Onları Bakıdakı finalda Rusiyalı Vladimir İvanov və İvan Sozonov cütlüyü gözləyə bilər. Rus cütlüyü keçən il Kazanda keçirilən Avropa çempionatının yarımfinalında Boe və Moqenseni məğlub edərək finala çıxmış və qızıl medal qazanmışdılar.
Badminton yarışlarında danimarkalılar Bakıda ən yüksək yerdədir. Futbol və həndboldan sonra badminton onların ölkəsində populyarlığına görə 3-cü yerdə olduğu üçün, danimarkalı idmançılar burada böyük məsuliyyət daşıyırlar.
Danimarkanın qarışıq qrupda ikiqat qızıl mükafatçısı və ümid yeri olan Niklas Nohr özünü danimarkalılarla görüşə hazırlayır: “Biz onların, Boe və Moqensenin gəlişlərini gözləyirik.Bu bizdən çoxlu diqqət tələb edir”.
Nohrun tərəfdaşı Sara Siqesen (DEN) olacaq. Onlar Vitaliy Durkin (RUS) və Nina Vislovadan (RUS) sonra qarışıq cütlükdə üçüncü sırada durur. Lakin bu yarışda Danimarka və Rusiyanın üstünlük təşkil etməsi İrlandiya tərəfindən kənara atılıb.
İrlandiyanın qardaş-bacı cütlüyü - Sam və Xlo Maqii ən yüksək sırada olan və dünyada 22-ci yerdə qərarlaşan cütlükdür. Sam digər tərəfdən həm də kişilər arasında cütlükdə üçüncü qardaşı Coşua Maqii (İRL) ilə birlikdə oynayır.
Ailə bağları çox vaxt uğuru ikiqat artırır. Bolqarıstandan Stoyeva bacıları da məhz bu bağlara arxalanaraq qadınlar arasında yarışda qalib olacaqlarına ümid edirlər. Aralarında bir il fərq olan Stefani və Qabriyela Stoyeva, dünyada 14-cü sıradadır. Onlar ilkin mərhələ qruplarında Rusiya, Danimarka və Türkiyədən olan cütlüklərə çətin oyun keçirəcəklər.
Azərbaycanı bu yarışlarda Orxan Qələndərov və Kənan Rzayev təmsil edəcək. Ölkəmiz suya tullanma və sinxron üzgüçülükdə olduğu kimi badminton yarışlarında da ən az sayda – cəmi 2 idmançı ilə təmsil olunur.