23-28 iyun 2015-ci il tarixdə Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaqlar. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında İstanbula Şəhriyar Salmanov (50 kq), Əfqan Xaşalov (55 kq), Vurğun Əliyev (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Turxan Qurbanov (96 kq) və Səid Həmidov (120 kq) yollanıblar.
İyunun 25-26-da çempionatda gənc qızlar mübarizəyə qoşulacaqlar. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 8 güləşçimiz iştirak edəcək. Ölkəmizi Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) təmsil edəcəklər.
Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaqlar. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Cavid Feyziyev (120 kq) yollanacaqlar.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.